Ana Sayfa > Karusel / Dünya > BMT-nin baş katibi Pakistandakı terror aktını pisləyib
BMT-nin baş katibi Pakistandakı terror aktını pisləyib10-11-2024, 14:04. Yazar: Admin |
BMT-nin baş katibi Antoniu Quterreş Pakistanın Kvetta şəhərində törədilən terror aktını pisləyib və həlak olanların ailələrinə başsağlığı verib. Qarabaginfo.az xəbər verir ki, bu barədə noyabrın 9-da axşam dünya təşkilatının rəhbərinin rəsmi nümayəndəsi Stefan Düjarrikə istinadən APP agentliyi məlumat yayıb. “Bu səhər Kvettada baş verən terror aktını şiddətlə qınayırıq, baş katib həlak olanların ailələrinə, Pakistan xalqına və yaralananlara tezliklə şəfa diləyir bu iyrənc hücum məhkəmə qarşısına çıxarılacaq”, – agentlik Düjarrikin bəyanatından sitat gətirir. Geri dön |