Ana Sayfa > Karusel / Dünya > Tramp Nikki Heylini və Mayk Pompeonu yeni formalaşan administrasiyasına daxil etməyəcək
Tramp Nikki Heylini və Mayk Pompeonu yeni formalaşan administrasiyasına daxil etməyəcək10-11-2024, 08:35. Yazar: Admin |
ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp bildirib ki, administrasiyasına ABŞ-nin BMT-dəki keçmiş səfiri Nikki Heylini və keçmiş dövlət katibi Mayk Pompeonu dəvət etməyi planlaşdırmır. Qarabaginfo.az xəbər verir ki, yeni prezident bu barədə “Truth Social” platformasında məlumat verib. “Keçmiş səfir Nikki Heyli və ya keçmiş dövlət katibi Mayk Pompeonu administrasiyasıma qoşulmağa dəvət etməyəcəyəm”, - Tramp qeyd edib. Geri dön |