Ana Sayfa > Karusel / Manşet / Siyasət > Ərdoğandan 10 noyabrda simvolik yer seçimi - 9 ildən sonra ilk dəfə
Ərdoğandan 10 noyabrda simvolik yer seçimi - 9 ildən sonra ilk dəfə9-11-2024, 19:57. Yazar: Admin |
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 10 noyabra özəl olaraq 9 ildən sonra ilk dəfə Nazirlər Kabinetini Çankaya Köşkündə toplayacaq. Qarabaginfo.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, həmin gün ölkə vəfatının 86-cı ildönümündə Cümhuriyyətin qurucusu Qazi Mustafa Kamal Atatürkü anacaq. Rəsmi mərasimlərin ilk ünvanı Anıtkabir olacaq. Mərasimdən sonra Ərdoğan Atatürk Tarix Qurumunda anım tədbirinə qatılacaq. Həmçinin noyabrın 10-da Çankaya Köşkündə yeni Atatürk Muzeyi açılacaq. Muzey Cümhuriyyətin qurucusu Qazi Mustafa Kamal Atatürkün xatirələrini yaşadacaq xüsusi qəbulla ictimaiyyətə təqdim olunacaq.
Geri dön |