Ana Sayfa > Karusel / Dünya > Azərbaycan XİN Pakistandakı terrorla bağlı başsağlığı verib

Azərbaycan XİN Pakistandakı terrorla bağlı başsağlığı verib


9-11-2024, 17:28. Yazar: Admin

Azərbaycan XİN Pakistandakı terrorla bağlı başsağlığı verib

Azərbaycanın Xarici İşlər Nazirliyi Pakistandakı dəmiryolu stansiyasında törədilən terror hadisəsi ilə bağlı başsağlığı verib.

Qarabaginfo.az xəbər verir ki, nazirliyin başsağlığı mesajı “X” hesabında paylaşılıb:

“Bu gün Pakistandakı “Quetta” stansiyasında baş verən qorxunc terror aktını qətiyyətlə qınayırıq. Bu dəhşətli hücumda həlak olanların ailələrinə başsağlığı verir, yaralıların tezliklə sağalmalarını arzulayırıq”. 


Geri dön