Ana Sayfa > Karusel / Dünya > KİV: Trampın qələbəsi ilə Kiyev danışıqların yeganə çıxış yolu olduğunu qəbul edəcək

KİV: Trampın qələbəsi ilə Kiyev danışıqların yeganə çıxış yolu olduğunu qəbul edəcək


9-11-2024, 10:54. Yazar: Admin

Donald Tramp

 

ABŞ-də keçirilən Prezident seçkilərinin qalibi, 45-ci Prezident Donald Tramp beynəlxalq münasibətlərə, xüsusilə də Ukrayna və İsrail ətrafında yaşananlara təsir göstərməyə başlayıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə yazı “Bloomberg“də dərc edilib.

Agentliyə müsahibə verən Tramp Administrasiyasının keçmiş əməkdaşlarından biri D. Trampın siyasəti ilə tanış olan əleyhdarlarının öz siyasi kurslarında dəyişiklik edəcəklərini düşünür.

Qeyd olunub ki, onun xarici siyasət prioritetlərinə gəlincə, burada ana xətti Ukrayna və İsrail-Fələstin münaqişəsi təşkil edəcək.

Vaşinqtondakı Atlantik Şuranın eksperti Şelbi Meqid qeyd edib ki, Trampın qələbəsi Ukraynanın ritorikası və danışıqlar məsələsinə yanaşmasında da dəyişikliyə səbəb olacaq. Yəni, bundan sonra rəsmi Kiyev danışıqların yeganə çıxış yolu olduğunu qəbul edəcək.


Geri dön