Ana Sayfa > Karusel / Qarabağ > Düşmənin zenit qurğusu sıradan çıxarıldı 

Düşmənin zenit qurğusu sıradan çıxarıldı 


4-11-2020, 12:25. Yazar: Admin

 Düşmənin zenit qurğusu sıradan çıxarıldı

 

Azərbaycan Ordusunun bölmələri tərəfindən düşmənin hərbi texnikalarının sıradan çıxarılması üzrə fəaliyyətlər davam etdirilir.

Qarabaginfo.az xəbər verir ki, bu haqda Müdafiə Nazirliyi məlumat yayıb. 

Noyabrın 3-də günün ikinci yarısında cəbhənin Xocavənd istiqamətindəki yüksəkliklərdən birinə çıxarılmış Ermənistan silahlı qüvvələrinin 1 ədəd “M-55” zenit qurğusu dəqiq atəşlə məhv edilib.

Qeyd edək ki, 1955-ci ildə istehsal edilmiş, yüngül zirehli çoxməqsədli transportyor üzərində quraşdırılmış 20 mm-lik 3 topdan ibarət zenit qurğusu aşağı hündürlükdə uçan hədəflərini və canlı qüvvəsini məhv etmək üçün nəzərdə tutulub.

 


Geri dön