Ana Sayfa > Karusel / Dünya > İsveç Rusiyadan gələn mallara idxal rüsumlarını artırmaq niyyətindədir
İsveç Rusiyadan gələn mallara idxal rüsumlarını artırmaq niyyətindədir8-11-2024, 22:28. Yazar: Admin |
İsveçin xarici ticarət və beynəlxalq inkişaf üzrə əməkdaşlıq naziri Benjamin Dusa Avstriya, Danimarka, Finlandiya, İrlandiya, Latviya, Litva, Estoniya və Polşadan olan həmkarları ilə birlikdə Avropa Komissiyasının Rusiyanın mallarına idxal rüsumlarının artırılması təklifini dəstəkləyən məktub imzalayıb. Qarabaginfo.az xəbər verir ki, bu barədə İsveç Xarici İşlər Nazirliyi məlumat yayıb. “İsveç Aİ-dəki həmfikir ölkələrlə birlikdə Rusiya Federasiyasından gələn mallara rüsumların artırılmasını təklif edəcək”, - məlumatda deyilir. Geri dön |