Ana Sayfa > Karusel / Dünya > NATO ölkələri və müttəfiqləri Rusiya və KXDR-nin Ukraynadakı müharibənin genişləndirilməsi ilə bağlı qərarını pisləyib

NATO ölkələri və müttəfiqləri Rusiya və KXDR-nin Ukraynadakı müharibənin genişləndirilməsi ilə bağlı qərarını pisləyib


8-11-2024, 20:22. Yazar: Admin

NATO ölkələri və müttəfiqləri Rusiya və KXDR-nin Ukraynadakı müharibənin genişləndirilməsi ilə bağlı qərarını pisləyib

NATO üzvü olan Avstraliya, Yeni Zelandiya, Cənubi Koreya, Ukrayna və Yaponiyanın da iştirakı ilə alyansın müttəfiqləri Rusiya və Şimali Koreya liderlərinin Ukraynadakı müharibənin genişləndirilməsi ilə bağlı siyasi qərarını qətiyyətlə pisləyir.

Qarabaginfo.az xəbər verir ki, bu barədə yuxarıda adları çəkilən ölkələrin birgə bəyanatında bildirilib.

Sənəddə rəsmi Pxenyanın Rusiyaya hərbi-texniki dəstək verməsi, xüsusilə də Ukraynaya qarşı döyüşlərdə iştirak üçün şəxsi heyət göndərməsi şiddətlə qınanılır, bu addım müharibəyə açıq dəstək kimi qiymətləndirilir.

Bununla yanaşı bildirilir ki, Şimali Koreya ilə BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan Rusiya arasındakı əməkdaşlıq Şimali Atlantika Alyansının, eləcə də Hind-Sakit okean regionunun təhlükəsizliyinə bilavasitə təhdid xarakteri daşımaqla, sözügedən qurumun Təhlükəsizlik Şurasının 2270 (2016), 1718 (2006) və 1874 (2009) nömrəli müvafiq qətnamələrinə ziddir.

Bəyanatda eyni zamanda Rusiyanın 2024-cü il 26 sentyabr tarixli, Şimali Koreyanın nüvəsizləşdirilməsinin gündəlikdə olmadığı barədə bəyanatının da qlobal təhlükəsizliyə təhdid xarakteri daşıdığı, habelə analoji silahların yayılmamasını nəzərdə tutan müqavilələri pozduğu üçün qəbuledilməzliyi vurğulanır.

Tərəflər ayrı-ayrı ölkələri Rusiyanın Ukraynadakı addımlarına dəst verməməyə çağırır.

Sənədin müəllifləri BMT Nizamnaməsinin 51-ci maddəsinə istinad edərək, Ukraynanın özümüdafiə hüququnu tanıdıqlarını bir daha bəyan edirlər.

NATO həmçinin Ukraynaya dəstəyin davam etdirilməsinə sadiqliyini növbəti dəfə vurğulayır.


Geri dön