Ana Sayfa > Karusel / Siyasət > Ərdoğan: Hazırda türk dövlətləri arasında gələcəkdə ortaq ordu yaratmaq üçün işlər görülmür
Ərdoğan: Hazırda türk dövlətləri arasında gələcəkdə ortaq ordu yaratmaq üçün işlər görülmür8-11-2024, 16:25. Yazar: Admin |
Hazırda türk dövlətləri arasında gələcəkdə ortaq ordu yaratmaq üçün işlər görülmür. Qarabaginfo.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qırğızıstan və Macarıstan səfərlərindən geri dönərkən jurnalistlərə açıqlamasında bildirib. O qeyd edib ki, üzv ölkələr arasında imzalanan Mülki Müdafiə Mexanizmi Sazişi regionda təhlükəsizlik sahəsində əməkdaşlığın artırılması istiqamətində mühüm addımdır, lakin bu sazişin birgə ordu istiqamətində genişlənməsi müzakirə olunmur. Ərdoğan, həmçinin, fəlakət və fövqəladə hallara cavab tədbirlərinin əlaqələndirilməsinin dövlətlər arasında dərin əməkdaşlığı gücləndirəcəyini vurğulayıb: “Bu müqavilənin əsas məqsədi Türk Dövlətləri Təşkilatına üzv ölkələrin fəlakət və fövqəladə hallarda həmrəyliyini artırmaqdır. Bu həmrəylik bizi fəlakətlərə və fəlakətdən sonrakı proseslərə daha hazırlıqlı edəcək”. Geri dön |