Ana Sayfa > Karusel / Siyasət > Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistan prezidentinə cavab verib
Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistan prezidentinə cavab verib4-11-2020, 11:59. Yazar: Admin |
Ermənistan prezidenti Rusiyanın RBK televiziya kanalına müsahibəsində həqiqətləri təhrif edib. Qarabaginfo.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva “Twitter”də bildirib. “O, Dağlıq Qarabağ Muxtar Vilayətinin tarixi, demoqrafiyası, iqtisadi vəziyyəti barədə yalan danışıb. 1980-ci illərin sonlarında 1 milyondan çox erməninin Azərbaycanı tərk etdiyini söyləyib. Fakt ondan ibarətdir ki, 1989-cu il siyahıyaalmasına görə 390 505 erməni yaşayıb”, - deyə XİN rəsmisi vurğulayıb. Geri dön |