Ana Sayfa > Karusel / Dünya > “Müharibələrə son qoysa, Trampa Nobel vermək lazımdır”- LUKAŞENKO

“Müharibələrə son qoysa, Trampa Nobel vermək lazımdır”- LUKAŞENKO


7-11-2024, 16:31. Yazar: Admin

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Ağ Evə qayıtdıqdan sonra müharibələrə son qoysa, onun Nobel mükafatına namizədliyi irəli sürülməli olacaq.

Qarabaginfo.az xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko deyib.

O xatırladıb ki, Tramp seçki kampaniyası zamanı başqa şeylərlə yanaşı, Ukraynadakı münaqişəni həll edəcəyinə söz verib. “Əgər o bunu edərsə, biz Nobel mükafatı üçün petisiya göndərəcəyik”, – Lukaşenko qeyd edib.

Lukaşenko Trampın vədlərinə əməl edəcəyinə ümid etdiyini bildirib.

Lukaşenkonun sözlərinə görə, ABŞ-ın seçilmiş prezidentindən heç də hər şey asılı olmayacaq. Belarus lideri hesab edir ki, Ukraynada hərbi əməliyyatlara son qoymaq üçün ən azı iki münaqişə tərəfinin iştirakı lazımdır: “Tramp Ukraynada müharibəni bitirməyə çalışacaq, lakin bu, birtərəfli proses deyil”.


Geri dön