Ana Sayfa > Karusel / Siyasət > Türkiyə MN Azərbaycanın Zəfər və Dövlət Bayrağı günlərini təbrik edib

Türkiyə MN Azərbaycanın Zəfər və Dövlət Bayrağı günlərini təbrik edib


7-11-2024, 14:09. Yazar: Admin

Türkiyə MN Azərbaycanın Zəfər və Dövlət Bayrağı günlərini təbrik edib

“İki dövlət, bir millət” anlayışı ilə kədərdə və sevincdə bir olduğumuz Azərbaycanın 8 Noyabr - Zəfər Gününü və 9 Noyabr - Dövlət Bayrağı Gününü təbrik edirik.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin sözçüsü Zeki Aktürk həftəlik brifinq zamanı bildirib.

O qeyd edib ki, Türk Silahlı Qüvvələri dost və müttəfiq ölkələrdə beynəlxalq əməliyyatlar, missiyalar və təlim-məsləhətçilik fəaliyyəti ilə beynəlxalq təhlükəsizliyə, sülhə və sabitliyə töhfə verməyə davam edir.


Geri dön