Ana Sayfa > Karusel / İnfrastruktur > COP29 iştirakçıları avtobuslardan və metrodan pulsuz istifadə edəcək - RƏSMİ

COP29 iştirakçıları avtobuslardan və metrodan pulsuz istifadə edəcək - RƏSMİ


6-11-2024, 21:13. Yazar: Admin

COP29 iştirakçıları avtobuslardan və metrodan pulsuz istifadə edəcək - RƏSMİ

9-24 noyabr 2024-cü il tarixlərində Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) iştirakçıları üçün avtobus marşrutlarından istifadə ödənişsiz olacaq.

Bu barədə Qarabaginfo.az-ın sorğusuna cavab olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

"Bakı Metropoliteni" QSC-dən isə verilən məlumatda bu gündən 22 noyabr tarixinədək metroda COP29 iştirakçıları üçün istifadənin ödənişsiz olacağı bildirilib.

Məlumata görə, metro və avtobuslardan istifadə üçün COP29 iştirakçıları akkreditasiya kartlarını təqdim etməlidir.


Geri dön