Ana Sayfa > Karusel / Siyasət > Ermənistanın məğlubiyyəti artıqca Paşinyanın sərsəmləmələri çoxalır
Ermənistanın məğlubiyyəti artıqca Paşinyanın sərsəmləmələri çoxalır3-11-2020, 17:45. Yazar: Admin |
Ermənistanın təxribatlarına cavab olaraq Qarabağ və ətraf rayonlarda işğaldan azadetmə əməliyyatları keçirən Azərbaycan Ordusunun uğurla irəliləməsi düşmən tərəfə təkcə hərbi deyil, həm də siyasi cəhətdən ağır zərbələr vurur. Siyasi kataklizmlər astanasında olan Ermənistanın rəhbərliyi xarici dəstəyini itirməsi ilə yanaşı vətəndaşlarının etimadsızlığı ilə də üzləşib. Baş nazir Nikol Paşinyan Ermənistanın hərbi məğlubiyyəti ilə şərtlənən acınacaqlı durumunu məntiqlə izah etmək bacarığında deyil. Buna görə də, son günlərdə heç bir əsası olmadan, fakt göstərmədən, bəzən xarici mediaya, bəzən də guya əldə etdikləri faktlara istinadən ciddi cəhdlə Türkiyənin münaqişədə tərəf kimi iştirak etdiyi, onun vasitəsilə Yaxın Şərqdən yaraqlıların hərbi əməliyyatlara cəlb olunduğu iddiasını beynəlxalq ictimai rəyə aşılamağa çalışır. Qarabaginfo.az bildirir ki, dəfələrlə onun bu cür “feyk-nyus”ları ifşa edilib, Azərbaycan tərəfində heç bir muzdlu döyüşçü olmadığı, əməliyyatlarda yalnız Azərbaycan Ordusunun iştirak etdiyi qeyd edilib. Əksinə, məhz Ermənistan tərəfində xarici ölkə vətəndaşları olan terrorçuların döyüşməsi ilə bağlı kifayət qədər sübutlar var. Hətta bununla bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğunda müvafiq cinayət işləri da başlanılaraq istintaq hərəkətləri aparılır. Fransa, Belarus, Gürcüstan və digər ölkələrin vətəndaşı olan həmin muzdlular barəsində beynəlxalq axtarış da elan edilib. N.Paşinyan isə Türkiyə və yaraqlılarla bağlı yalanları yalvararaq minnətçi düşdüyü ayrı-ayrı ölkələrin rəhbərləri ilə təmaslarda, nüfuzlu media orqanlarına müsahibələrində, öz xalqına müraciətlərində təkrarlamaqdan yorulmur. N.Paşinyan guya Türkiyəyə məxsus hərbi təyyarələrin hərbi əməliyyatlarda iştirak etdiyi, Azərbaycandan Ermənistanın ərazilərinin ballistik raketlər vasitəsilə vurulduğunu da deyir. Lakin başa düşmür ki, belə hallar istənilən ölkənin hərbi-texniki imkanları çərçivəsində də təsbit oluna bilər. Necə ki, Azərbaycan hərbi əməliyyatlarla bağlı bütün məlumatlara videosübutlar da əlavə edir. Bu, ölkə ictimaiyyətinin lazımi qaydada informasiya ilə təmin etməklə yanaşı, həm də apardığımız əməliyyatların beynəlxalq hüquqa və müharibə qanunlarına uyğun olduğu barədə beynəlxalq aləmi məlumatlandırmaq baxımından vacib rol oynayır. İndiyədək söylədiyi şər və yalan məlumatlarına ən xırda bir sübut göstərə bilməyən Paşinyanın dediklərinə ciddi rəy bildirilməyibsə, deməli, bütün bunlar Ermənistan rəhbərliyinin fantaziyasının məhsuludur. Paşinyan o qədər çıxılmaz vəziyyətə düşüb ki, dünyanın hər hansı ölkəsində baş verən terror aktını dərhal şans kimi qiymətləndirir və bunu Azərbaycana qarşı istifadə etməyə çalışır. Məsələn, "Rossiya-1" kanalına müsahibəsində, o, Dağıstanda baş vermis hansısa hadisənin terror olduğunu deyir, Azərbaycanda guya yaraqlıların olduğunu iddia edir və bu iki məsələni çox primitiv, hətta orta statistik jurnalistdən də aşağı səviyyədə sübut etməyə çalışır. O, İrana terror təhlükəsi haqqında mesajlar ötürür, İsraili şeytanla əməkdaşlıqda ittiham edir. "The Jerusalim Post" nəşrinə müsahibəsində Paşinyan İsraili terrora dəstək verməkdə ittiham etməklə yanaşı, həm də guya Azərbaycanın və Türkiyənin simasında yəhudi dövlətinə qarşı təhlükə alyansının yarandığını bildirir. Paşinyanın iddialarını dinlədikcə, aydın görünür ki, bu şəxs özündə yalan, şantaj, populizm, təlxəklik kimi mənfi xüsusiyyətləri birləşdirir. O, Türkiyənin münaqişədə iştirakı, bu prosesə Azərbaycan tərəfindən yaraqlıların cəlb edilməsini iddia etməklə ağ yalan danışır. İnsani, müasir hərbi texnka və silah-sürsat, maliyyə imkanları, ordunun hazırlığı və digər parametrlərə görə Ermənistandan bir neçə dəfə güclü olan Azərbaycanın digər ölkənin və ya yaraqlıların köməyinə niyə ehtiyacı olmalıdır? Paşinyan hər kəsdə günah axtarır, lakin ən böyük günahkarın özü, rəhbərlik etdiyi hakimiyyət və dövlətinin işğalçılıq siyasəti olduğunu başa düşmək istəmir. Baş nazir dəfələrlə Azərbaycanın təkliflərini qulaq ardına vuranda, ölkəmizə qarşı saymazyana münasibət, təhqiramiz davranış sərgiləyəndə, 27 il ərzində danışıqlar prosesində əldə olunmuş müsbət dinamikanın üzərindən xətt çəkəndə bunun hansı acı nəticələrə gətirib çıxaracağını düşünməliydi. Əli hər şeydən üzülən Paşinyan şantaja başlayır. Hakimiyyətə gələndə Koçaryan-Sarkisyan cütlüyünün cinayətlərindən bezmiş erməni xalqını populist vədlərlə aldadan baş nazir elə başa düşür ki, eyni yolla dünya ictimaiyyətini, dünya liderlərini də aldada bilər. Bütün bunlar onun haqqında olduqca mənfi rəy yaradır və təsadüfi deyil ki, artıq beynəlxalq ictimaiyyətdə Ermənistan lideri haqqında siyasi təlxək təəssüratı formalaşıb. İndi isə Paşinyanın bir yolu qalıb: sərsəmləmələrini kənara qoyaraq reallıqla barışmalı, Azərbaycan ordusunun qalibiyyətini, Ermənistan tərəfinin məğlubiyyətini qəbul edərək işğal etdiyi torpaqları son qarışınadək azad etməlidir. Report.az Geri dön |