Ana Sayfa > Karusel / Dünya > “Tramp bu ştatda qalib gəlsə Harrisin qələbə yolu daralacaq” –Seçkidə son vəziyyət /CNN

“Tramp bu ştatda qalib gəlsə Harrisin qələbə yolu daralacaq” –Seçkidə son vəziyyət /CNN


6-11-2024, 10:12. Yazar: Admin

Donald Tramp Şimali Karolinada qalib gələcəyi təqdirdə tərəddüd edən digər ştatlarda seçkini udacaq. Bu zaman vitse-prezident Kamala Harrisin qələbəyə aparan yolu daralır.

Qarabaginfo.az bildirir ki, bu barədə CNN-nin şərhçisi Con Kinq bildirib.

Onun sözlərinə görə, Viskonsin, Miçiqan və Pensilvaniyadakı ştatlarında qələbə qazanmaq daha əhəmiyyətli məsələyə çevrilir.

“Əgər Donald Tramp Corciya ştatında qalib gəlsə, vitse-prezident Pensilvaniyanı heç bir halda itirməməməlidir. Bəli, Nevada, Arizona, Miçiqan və Viskonsin oradadır. Lakin onların seçki səsləri qələbəyə bərabər olmayacaq”-deyə Kinq qeyd edib..

Corciyada səslərin 93 faizi gecə yarısı dərhal açıqlanıb. Tramp 2 faiz səslə öndə olub.

“Əgər Tramp Corciyada qalib gəlsə Harrisin imkanları çox məhdud olacaq” -deyə Kinq vurğulayıb.

Pensilvaniyada səslərin 84 faizi hesablanıb. Tramp 3 faiz səslə  irəlidədir. Vitse-prezident Harris Demokratların qalası olan Filadelfiyada liderliyini genişləndirir.


Geri dön