Ana Sayfa > Karusel / Siyasət > Ceyhun Bayramov TDT Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edib - FOTO
Ceyhun Bayramov TDT Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edib - FOTO6-11-2024, 10:02. Yazar: Admin |
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bişkekdə Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının 11-ci iclasında çıxış edib. Qarabaginfo.az xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi məlumat yayıb. Məlumatda bildirilib ki, nazir çıxışında TDT çərçivəsində iqtisadiyyat, ticarət, nəqliyyat-kommunikasiya, enerji təhlükəsizliyi, rəqəmsal texnologiyalar, mədəniyyət və s. sahələrdə əməkdaşlığın perspektivlərinə, Azərbaycanın təşkilatın gücləndirilməsi ilə bağlı təşəbbüs və fikirlərinə, habelə ölkəmizin COP29-a hazırlıq prosesinə toxunub. Geri dön |