Qarabaginfo.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan məlumat verib.
“Bu gün biz Azərbaycan tərəfdən sülh müqaviləsi layihəsi (11-ci təkliflər paketi) ilə bağlı cavab təkliflərini aldıq”, - deyə Badalyan bildirib.
Qeyd edək ki, bu gün Ermənistan sülh sazişinin tam razılaşdırılması üçün növbəti təkliflər paketini Azərbaycana göndərib.