Ana Sayfa > Karusel / Siyasət > İlham Əliyevlə Paşinyan BRİKS sammitində nədən danışıb?- Açıqlama

İlham Əliyevlə Paşinyan BRİKS sammitində nədən danışıb?- Açıqlama


4-11-2024, 15:11. Yazar: Admin

Kazanda keçirilən BRİKS sammiti zamanı Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan Bakıda həbsxanalarda saxlanılan Qarabağ separatçılarının taleyini müzakirə ediblər.

Qarabaginfo.az xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan bildirib.

Bu barədə News.ru məlumat yayıb.

“Konkret razılaşma olduğunu söyləmək düzgün olmaz. Danışıqların gündəliyində duran məlum məsələlərə baxılıb. ”, – Simonyan deyib.

Oktyabrın 24-də Kazanda keçirilən BRİKS sammiti çərçivəsində İlham Əliyevlə Paşinyanın müzakirəsi videoya çəkilib. Daha sonra hər iki ölkənin xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan dialoqa qoşulublar. Lakin söhbətin mövzusu dəqiqləşdirilməyib.


Geri dön