Ana Sayfa > Karusel / İqtisadiyyat > Dönərin hazırlanmasında hansı ətlərdən istifadə olunması müəyyənləşib
Dönərin hazırlanmasında hansı ətlərdən istifadə olunması müəyyənləşib4-11-2024, 14:33. Yazar: Admin |
Qırmızı ət dönəri qoyun və ya quzu ətindən, mal (o cümlədən, dana) ətindən, qoyun və ya quzu, mal (o cümlədən, dana) ətlərinin qarışığından emal edilir. Quş ətindən hazırlanmış (toyuq, hind toyuğu) dönəri toyuq ətindən, hind toyuğu ətindən, toyuq - hind toyuğu ətlərinin qarışığından emal edilir. Qarabaginfo.az xəbər verir ki, bu, Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyasının təsdiqlədiyi “Dönər emalına və dövriyyəsinə dair sanitariya norma və qaydaları”nda əksini tapıb. Çiy dönər emalında bitki mənşəli zülalların, nişasta və nişasta tərkibli məhsulların, soya və soya məhsullarının istifadəsinə yol verilmir. İstifadə edilən ədviyyatların hesabına dönərin tərkibindəki nişasta və bitki zülalının miqdarı ümumilikdə 1%-dən çox olmamalıdır. Geri dön |