Ana Sayfa > Karusel / Dünya > İsrail UNRWA sazişinin ləğvi barədə BMT-yə rəsmi məlumat verib
İsrail UNRWA sazişinin ləğvi barədə BMT-yə rəsmi məlumat verib4-11-2024, 10:43. Yazar: Admin |
İsrail BMT-yə UNRWA-nı tanıdığı 1967-ci il müqaviləsinin etibarsız olduğunu bildirib. Qarabaginfo.az xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb. İsrail Xarici işlər nazirliyi BMT rəhbərliyinə İsrail ilə Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi (UNRWA) arasında 1967-ci ildə imzalanmış əməkdaşlığa xitam verilməsi barədə rəsmi məlumat verib. Qeyd edək ki, ötən həftə İsrail Parlamenti (Knesset) Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) İsrail daxilində fəaliyyətini qadağan edən və İsrail rəsmilərinin UNRWA ilə hər hansı əlaqə saxlamasını qadağan edən iki qanun layihəsini qəbul etmişdi. Geri dön |