Ana Sayfa > Karusel / Səhiyyə > Azərbaycan İstanbulda 41-ci Beynəlxalq Kitab Sərgisində ilk dəfə “Fəxri qonaq” qismində iştirak edir - FOTO
Azərbaycan İstanbulda 41-ci Beynəlxalq Kitab Sərgisində ilk dəfə “Fəxri qonaq” qismində iştirak edir - FOTO2-11-2024, 17:42. Yazar: Admin |
Azərbaycan İstanbulda keçirilən 41-ci Beynəlxalq Kitab Sərgisində ilk dəfə “Fəxri qonaq” qismində iştirak edir. Qarabaginfo.az xəbər verir ki, bu il ilk dəfə olaraq İstanbul Kitab Sərgisində 10-dan çox azərbaycanlı yazıçı, o cümlədən Xalq yazıçıları Elçin və Çingiz Abdullayev, eləcə də 25 Azərbaycan nəşriyyatı iştirak edir. Tədbir əsnasında Türkiyədəki səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən Azərbaycan ədəbiyyatına dair xüsusi layihələr təqdim ediləcək, mədəniyyət sahəsi üzrə müxtəlif zəngin proqramlı tədbirlərlər keçiriləcək. Azərbaycan stendində həmçinin Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən hazırlanmış nəşrlər də sərgilənəcək. Noyabrın 4-dək davam edəcək sərgidə fond tərəfindən hazırlanan “Səninləyik Türkiyə”, “Mövlud”, “Mən burdayam, İlahi” və TÜRKSOY-un ərsəyə gətirdiyi “Aşıq Mikayıl Azaflı” seçmə şeirləri ictimaiyyətə təqdim olunacaq. Azərbaycan stendinin açılışında mədəniyyət nazirinin müavini Fərid Cəfərov, Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinin müdiri Akif Marifli, ölkəmizin İstanbuldakı baş konsulu Nərminə Mustafayeva, Azərbaycanın TÜRKSOY-dakı daimi nümayəndəsi Elçin Qafarlı, Türkiyədəki səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin Kitabxanalar və Yayımlar Baş İdarəsinin rəhbəri Taner Beyoğlu, TÜYAP sərgi təşkilatçılığı şirkətinin Baş direktoru İlhan Ersözlü, Türkiyə Nəşriyyatçılar İttifaqının İdarə Heyətinin rəhbəri Kenan Kocatürk,, azərbaycanın görkəmli şəxsiyyətləri və digər qonaqlar iştirak ediblər. Açılış mərasimində Azərbaycanın incəsənət xadimlərinin ifasında mill musiqilərimiz təqdim edilib, dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasından epizodik səhnə nümayiş olunub. Qiraətçilər tərəfindən dahi şairimiz Məhəmməd Füzulinin qəzəlləri səsləndirilib. Mədəniyyət nazirinin müavini Fərid Cəfərov azərbaycanlı jurnalistlərə açıqlamasında ölkəmizin bu sərgidə iştirakının xüsusi önəm kəsb etdiyini vurğulayıb: “İştirakçıların seçimi zamanı Türkiyədə daha çox tanınan, nəşr olunanlar seçilmişdir. 2 il əvvəl Türkiyə Azərbaycanda keçirilən Bakı Beynəlxalq Kitab Sərgisinin fəxri qonağı olub. Bu xoş ənənənin davamdı olaraq Azərbaycan da İstanbulda fəxri qonaq qismində sərgiyə qatılıb. Bu sərgi Azərbaycanla Türkiyə arasında son illərdə ədəbiyyat və mədəniyyət sahəsindəki uğurlu əməkdaşlığın davamıdır. Mədəniyyət sahəsindəki əməkdaşlığımızın xüsusi əhəmiyyəti var. Xalqlarımızın ortaq etnik və dini kökləri olması, Ulu öndər Heydər Əliyevin dediyi kimi, “Bir millət, iki dövlət” şuarı altında birliyimizin təməlidir. Bu baxımdan digər sahələrdə olduğu kimi, ölkələrimizin mədəniyyət Nazirlikləri arasında da xüsusi işçi grupu formalaşdırılıb və fəaliyyət göstərir. Işçi grupu illik formatda toplanır və mədəniyyətin bütün sahələri müzakirə edir. Buradaki fəaliyyətlərdə ortaq əməkdaşlıq çərçivəsindədir”.
Geri dön |