Ana Sayfa > Karusel / Dünya > Boliviyanın sabiq prezidenti aclıq aksiyasına başlayıb
Boliviyanın sabiq prezidenti aclıq aksiyasına başlayıb2-11-2024, 12:18. Yazar: Admin |
Boliviyanın sabiq prezidenti Evo Morales noyabrın 1-də tərəfdarlarını yolları bağlamağa çağırıb, daha sonra hökumət etirazçılarla danışıqlar aparana qədər aclıq aksiyasına başlayıb. Qarabaginfo.az xəbər verir ki, bu haqda o "Kawsachun Coca" radiostansiyasının “Facebook” səhifəsində yerləşdirilmiş müsahibəsində danışıb. "Mən etiraz edən yoldaşlardan qan tökülməsinin və iqtisadi problemlərin qarşısını almaq üçün yolların bağlanmasına fasilə vermək imkanını nəzərdən keçirmələrini xahiş etmək qərarına gəldim", - deyə o bildirib. Morales hökumət iqtisadiyyat və siyasətlə bağlı dialoqa başlayana qədər aclıq aksiyası keçirməyə qərar verdiyini açıqlayıb. Geri dön |