Ana Sayfa > Karusel / Dünya > Rusiya XİN: KXDR ilə Strateji Tərəfdaşlıq Sazişi Avrasiyada sabitləşdirici rol oynamağa hesablanıb

Rusiya XİN: KXDR ilə Strateji Tərəfdaşlıq Sazişi Avrasiyada sabitləşdirici rol oynamağa hesablanıb


1-11-2024, 15:14. Yazar: Admin

Rusiya XİN: İrəvanın Rusiya və KTMT-dən başqa alternativi yoxdur

Rusiya Federasiyası ilə KXDR arasında Strateji Tərəfdaşlıq Sazişi Avrasiya qitəsində sabitləşdirici rol oynamağa hesablanıb.

Qarabaginfo.az xəbər verir ki, Rusiya xarici işlər naziri Sergey Lavrov Şimali Koreya xarici işlər naziri Çoi Sonq Hi ilə görüşündə bildirib.

Onun sözlərinə görə, Rusiya Federasiyası və KXDR liderləri arasında sazişlər xalqların və bütövlükdə Avrasiya qitəsinin mənafeyi naminə artıq praktiki olaraq həyata keçirilməyə başlayıb: "Rusiya Federasiyası ilə KXDR arasında Strateji Tərəfdaşlıq Sazişi əsasında bütün sahələrdə əməkdaşlıq inkişaf edir. Moskva və Pxenyan arasında Strateji Tərəfdaşlıq haqqında Müqavilə güclü hüquqi bazadır, onun əhəmiyyəti hər gün artır".

Lavrov Rusiyanın KXDR-ə Ukrayna ətrafındakı vəziyyətlə bağlı mövqeyinə görə minnətdar olduğunu söyləyib.

Rusiya XİN başçısı qeyd edib ki, Koreya yarımadasında vəziyyət ABŞ-nin intriqaları ucbatından təlatümlü vəziyyətdədir.

Görüşdə çıxış edən Çoi Sonq Hi KXDR-in Rusiya ordusunun qələbə qazanacağına, Pxenyanın Moskvanın yanında möhkəm dayanacağına şübhə etmədiyini söyləyib. "Xüsusi əməliyyatın lap əvvəlində Kim Çen In göstəriş vermişdi ki, KXDR ardıcıl və güclü şəkildə Rusiya ordusuna və Rusiya xalqına onların müqəddəs müharibəsində dəstək və yardım göstəriləcək. Ölkələrimiz arasında ikitərəfli münasibətlər son bir neçə ildə görünməmiş yüksək səviyyəyə çatıb", - deyə KXDR XİN başçısı vurğulayıb.


Geri dön