Ana Sayfa > Karusel / Siyasət > Milli Məclisdə yeni şöbə yaradılsın! - Vitse-spikerdən TƏKLİF
Milli Məclisdə yeni şöbə yaradılsın! - Vitse-spikerdən TƏKLİFBu gün, 14:34. Yazar: Admin |
Milli Məclisin sədr müavini Rafael Hüseynov parlamentdə Qanunvericilik dili və hüquq terminologiyası adlı şöbə yaradılmasını təklif edib. Qarabaginfo.az xəbər verir ki, o bununla bağlı Milli Məclisin bugünkü plenar iclasında danışıb. Deputat qeyd edib ki, şöbədə hüquqşünaslar və dilçilər birləşə bilərlər: “Çünki qanun layihələrinin dili çətindir və bunu insanlara daha anlaşılan formada təqdim etmək vacibdir”. Milli Məclisin sədri Sahibə Qafarova deputatın təklifinə cavab olaraq bildirib ki, qanun layihələri əvvəlcə linqvistik ekspertizadan keçirilir: "Amma haqlı olaraq deputatlar da bu məsələdə bəzi məqamlara toxunurlar. Hüquqşünasların dili çətindir. Qanun layihəsini sadə dillə izah etmək lazımdır. Bununla razıyam”. Geri dön |