Ana Sayfa > Karusel / İqtisadiyyat > "Azərbaycan Dəmir Yolları" COP29-la əlaqədar gücləndirilmiş iş rejiminə keçib
"Azərbaycan Dəmir Yolları" COP29-la əlaqədar gücləndirilmiş iş rejiminə keçib1-11-2024, 14:08. Yazar: Admin |
Bakıda keçiriləcək COP29 tədbirinə hazırlıq çərçivəsində "Azərbaycan Dəmir Yolları" QSC (ADY) gücləndirilmiş iş rejiminə keçib. Qarabaginfo.az xəbər verir ki, bu barədə ADY-nin Sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcov media nümayəndələri üçün təşkil olunan brifinq zamanı bildirib. Onun sözlərinə görə, qurum gücləndirilmiş iş rejiminə 1 noyabr tarixindən keçib. Azər Fərəcov qeyd edib ki, gücləndirilmiş iş rejiminə keçid çərçivəsində stansiya və dəyənəcəqlarda əməkdaşların sayı artırılıb, onlar üçün müvafiq təlimlər keçirilib. "Həmçinin təhlükəsizlik tədbirləri də gücləndirilib", - Azər Fərəcov vurğulayıb. Geri dön |