Ana Sayfa > Karusel / Dünya > Şimali Koreya xarici işlər naziri Moskvada səfərdədir
Şimali Koreya xarici işlər naziri Moskvada səfərdədirBu gün, 12:28. Yazar: Admin |
Rusiya xarici işlər naziri Sergey Lavrov Şimali Koreya xarici işlər naziri Çoi Sonq Hi ilə görüşüb. Qarabaginfo.az xəbər verir ki, görüş Moskvanın Yaroslavl vağzalında baş tutub. Lavrov həmkarına gül dəstəsi təqdim edib. Daha sonra Rusiya və KXDR XİN başçıları Kim İr Senin 1949-cu ildə SSRİ-yə səfəri münasibətilə Yaroslavl vağzalında quraşdırılmış xatirə lövhəsinin açılışını ediblər. Rusiya XİN sözçüsü Mariya Zaxarova bildirib ki, Lavrov və Çoi Sonq Hi arasında danışıqlar Rusiya XİN-nin Qəbullar Evində baş tutacaq. Geri dön |