Ana Sayfa > Karusel / Kriminal > Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı31-10-2024, 16:49. Yazar: Admin |
“Tərtər işi” üzrə mühakimə olunan sonuncu dəstənin məhkəmə araşdırması başa çatıb. Qarabaginfo.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində keçirilən bugünkü iclasda hökm oxunub. Sədrlik edən hakim Zeynal Ağayev elan edib ki, təqsirləndirilən şəxslərə verilmiş ittihamlar məhkəmə istintaqı ilə təsdiqini tapıb. Hökmə əsasən, Fuad Ağayev 13 il, Fuad Axundov və Ramil Əhmədov 9 il 6 ay, Cavid Ağadadaşov və Qurban Cümşüdov isə 4 il müddətinə azadlıq məhrum edilib. Son ikisi istisna olmaqla, digərləri bu işdən əvvəl həbsdə idilər. Onların hökmündə çəkdikləri cəzalar nəzərə alınıb. Fuad Ağayevin cəzası 2017-ci ildən hesablanır. Bu isə o, deməkdir ki, 6 il sonra azadlığa buraxılacaq. Qeyd edək ki, “Tərtər işi” üzrə istintaq 2021-ci ildə yenilənib. Həmin vaxtdan sonra ən ağır cəza Fuad Ağayevə verilib. Mayor rütbəsi ilə xidmət etmiş Ağayev cinayət baş verən dövrdə sabiq korpus komandiri general-mayor Hikmət Həsənovun hüquq məsələləri üzrə köməkçisi işləyib. Amma o, da digər müttəhimlər kimi özünü təqsirli bilməyib, bəraət istəyib. Geri dön |