Ana Sayfa > Karusel / Qarabağ > MM komitə sədri: Həlak olan minatəmizləyənlərə şəhid adının verilməsi barədə təkliflər müsbət qarşılanıb
MM komitə sədri: Həlak olan minatəmizləyənlərə şəhid adının verilməsi barədə təkliflər müsbət qarşılanıbBu gün, 14:16. Yazar: Admin |
Minatəmizləmə fəaliyyəti ilə məşğul olarkən həlak olanlara şəhid adının verilməsi ilə bağlı təkliflər müsbət qarşılanıb. Qarabaginfo.az xəbər verir ki, bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında komitə sədri Arzu Nağıyev deyib. Komitə sədri bildirib ki, lakin bu təklif “Minatəmizləmə fəaliyyəti haqqında” qanunun müzakirə mövzusu deyil: “Digər tərəfdən, münatəmizləyənlərə bəzi güzəşt və imtiyazların verilməsi də təklif olunmuşdu. Bu güzəşt və imtiyazların onlara verilməsi üçün müvafiq qanunlara dəyişiklik edilməsi ilə bağlı aidiyyəti qurumlarla danışıqlar aparılıb”. Geri dön |