Ana Sayfa > Karusel / Kriminal > Bakıdakı “General Hospital” Tibb Mərkəzində qanunsuzluqlarla bağlı cinayət işi başlanıb

Bakıdakı “General Hospital” Tibb Mərkəzində qanunsuzluqlarla bağlı cinayət işi başlanıb


31-10-2024, 12:47. Yazar: Admin

 

1 oktyabr - Azərbaycan Respublikası prokurorluğu işçilərinin peşə bayramı günüdür | Azərbaycan Respublikası İmişli Rayon İcra Hakimiyyəti

Paytaxtın Suraxanı rayonunun Qaraçuxur qəsəbəsi ərazisində yerləşən “General Hospital” Tibb Mərkəzində yol verilən qanunsuzluqlarla bağlı daxil olmuş vətəndaş müraciəti əsasında rayon prokurorluğunda araşdırma aparılıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, araşdırma zamanı həmin klininkanın vəzifəli şəxsləri tərəfindən ayrı-ayrı şəxslərə əmək qabiliyyətinin olmaması barədə saxta vərəqələrin verilməsinə əsaslı şübhələr müəyyən edildiyindən faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.


Geri dön