Ana Sayfa > Karusel / İnfrastruktur > AYNA: Gələn il Bakıda 80 kilometrlik mikromobillik şəbəkəsinin qurulması başa çatacaq

AYNA: Gələn il Bakıda 80 kilometrlik mikromobillik şəbəkəsinin qurulması başa çatacaq


Bu gün, 12:11. Yazar: Admin

AYNA: Gələn il Bakıda 80 kilometrlik mikromobillik şəbəkəsinin qurulması başa çatacaq

Bakıda 8 Noyabr prospektindəki velosiped zolağı da daxil olmaqla 80 kilometrlik mikromobillik şəbəkəsinin qurulması hədəflənir.

Qarabaginfo.az xəbər verir ki, bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin təşkil etdiyi ictimai dinləmədə qurumun mikromobillik şöbəsinin müdiri Coşqun Məmmədov deyib.

O bildirib ki, hazırda Bakıda 32 km velosiped yolu çəkilib.

“Müddət olaraq 80 km mikromobillik şəbəkəsinin qurulmasını növbəti ilin ortasına qədər başa çatdırmağı planlayırıq”, - deyə o qeyd edib.


Geri dön