Ana Sayfa > Karusel / Siyasət / Dünya > “Avropa İttifaqı ölkələri birgə müdafiə sazişi imzalamalıdırlar”- Ursula fon der Lyayen

“Avropa İttifaqı ölkələri birgə müdafiə sazişi imzalamalıdırlar”- Ursula fon der Lyayen


30-10-2024, 17:08. Yazar: Admin

Avropa İttifaqı ölkələri xarici təcavüz halında üzv dövlətlərə yardım göstərmək üçün birgə müdafiə sazişi imzalamalıdırlar.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenin adından hazırlanmış 165 səhifəlik hesabatda deyilir.

“Avropa İttifaqının üzv ölkəyə qarşı təcavüzə ümumi reaksiyası ilə bağlı yeni hüquqi norma hazırlanmalıdır. Razılaşma qərarların qəbulu, hərəkətlərin əlaqələndirilməsi, məlumat mübadiləsi üçün prosesləri hazırlamalı, Aİ institutlarının, milli və yerli hakimiyyət orqanlarının funksiyalarını müəyyən etməlidir. Bu tədbirlər eyni zamanda NATO-nun kollektiv təhlükəsizlik mexanizmini tamamlamalıdır”, – Lyayen hesab edir.

Sənəddə həmçinin Aİ ölkələri Avropa təhlükəsizliyinə yeni çağırışlara hazırlaşmağa çağırılır. Bunlardan başlıcası Rusiya təcavüzü təhlükəsi və eyni zamanda Aİ iqtisadiyyatının əsas sektorlarına təsir edən COVID-19 pandemiyasına bənzər böhrandır. Bundan başqa, hesabatda Avropa Komissiyasına müdafiə sahəsində geniş funksiyaların verilməsi və Aİ büdcəsinin 20 faizini təhlükəsizlik ehtiyaclarına yönəldilməsi təklif edilir.


Geri dön