Ana Sayfa > Karusel / Kriminal > Rusiya erməninin 50 milyonluq əmlakına həbs qoydu
Rusiya erməninin 50 milyonluq əmlakına həbs qoydu30-10-2024, 14:40. Yazar: Admin |
Moskva məhkəməsi Rusiya Müdafiə Nazirliyinin Baş kadrlar idarəsinin keçmiş rəisi, general-leytenant Yuri Kuznetsova torpaq sahəsi və ev şəklində rüşvət verməkdə təqsirləndirilən Krasnodardan olan iş adamı Lev Martirosyanın daşınmaz əmlakına qarşı tədbirlər görüb. Qarabaginfo.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb. “Məhkəmə müstəntiqin qərarını qanuni, əsaslı və təmin edilməli hesab edir. Təqsirləndirilən Martirosyanın aşağıdakı əmlakına həbs qoyulmasına icazə verilsin: Krasnodarda kadastr dəyəri 27,3 milyon rubldan çox olan yaşayış evi, Krasnodarda kadastr dəyəri 5 milyon rubl olan mənzil, Krasnodarda 5,2 milyon rubl dəyərində mənzil, Krasnodarda kadastr dəyəri 7,5 milyon rubldan çox olan torpaq sahəsi, habelə qadağa qoyulmuş BMV X5 markalı avtomobil”, - məlumatda qeyd olunub. Bildirilib ki, Kuznetsova qarşı işdə iştirak edən Martirosyanın həbs edilmiş daşınmaz əmlakının ümumi məbləği 50 milyon rubldan çoxdur.
Geri dön |