Ana Sayfa > Karusel / Gündəm > Ermənistan dövlət sərhədində atəşkəs rejimini pozub

Ermənistan dövlət sərhədində atəşkəs rejimini pozub


2-11-2020, 10:11. Yazar: Admin

Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədində yerləşən bölmələrimizin mövqelərini minaatan və atıcı silahlardan atəşə tutub.

 

Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən Qarabaginfo.az-a verilən məlumata görə noyabrın 2-ə keçən gecə müxtəlif vaxtlarda Ermənistanın Noyemberyan, Berd və Vardenis rayonlarından Azərbaycanın Qazax, Tovuz və Daşkəsən rayonlarında yerləşən hərbi bölmələrimizin mövqeləri düşmən tərəfindən atəşə tutulub.


Geri dön