Ana Sayfa > Karusel / Sosial > Bakı Kənar Dairəvi yoluna doğru uçqun təhlükəsi aradan qaldırılır
Bakı Kənar Dairəvi yoluna doğru uçqun təhlükəsi aradan qaldırılır29-10-2024, 17:26. Yazar: Admin |
Ötən gün axşam saatlarında Səbail rayonu, Badamdar qəsəbəsi ərazisində qaya parçalarının Bakı Kənar Dairəvi yoluna doğru uçqun təhlükəsi yaranıb. Qarabaginfo.az xəbər verir ki, yaranmış problemlə bağlı məlumat daxil olan kimi dərhal sözügedən əraziyə xüsusi texnika və canlı qüvvə səfərbər olunaraq müvafiq təhlükəsizlik tədbirlərinin görülməsi təmin edilib. Hazırda Bakı Kənar Dairəvi avtomobil yolunun 6-cı kilometrliyinin sol tərəfindəki yamacın yuxarı hissəsində qırılan süxur kütləsinin götürülməsi istiqamətində müvafiq tədbirlər görülür. Qeyd edək ki, bütün işlər aidiyyəti qurumlarla koordinasiyalı şəkildə aparılır. Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə qeyd olunan işlər bitənə kimi Bakı Kənar Dairəvi yolunda avtomobillərin hərəkəti fasilələrlə məhdudlaşdırıla bilər. Bir daha sürücülərdən göstərilən məsələyə anlayışla yanaşılması və müvəqqəti tətbiq olunan məhdudiyyətləri nəzərə alaraq alternativ yollardan istifadə edilməsi xahiş olunur. Geri dön |