Ana Sayfa > Karusel / İqtisadiyyat > Mərkəzi Bankın qərarı gözlənilir: kredit faizlərinə təsir edəcək?
Mərkəzi Bankın qərarı gözlənilir: kredit faizlərinə təsir edəcək?29-10-2024, 16:09. Yazar: Admin |
Azərbaycan Mərkəzi Bankı (AMB) bu həftə növbəti dəfə uçot faiz dərəcəsi ilə bağlı qərar verəcək. Noyabrın 1-də AMB bu il ərzində faiz dərəcəsi ilə bağlı yeddinci qərarını açıqlayacaq.
Qeyd edək ki, uçot dərəcəsi (yenidən maliyyələşmə dərəcəsi) Mərkəzi Bankın ölkənin digər banklarını pul kütləsi ilə təmin etməsidir. Sadə dillə desək, Mərkəzi Bank kommersiya banklarına kredit verir, onlar isə öz növbəsində fiziki və hüquqi şəxsləri kreditlə təmin edir.
Qarabaginfo.az xəbər verir ki, Modern.az-a açıqlamasında iqtisadçı ekspert Pərviz Heydərov bildirib ki, Mərkəzi Bank həm dünyada gedən proseslər, həm də Azərbaycanda inflyasiyanın səngiməsi ilə əlaqədar uçot dərəcəsini azaltmaq siyasəti yeridir:
"Amma ilin ikinci yarısından etibarən inflyasiyada bir canlanma qeydə alınmaqdadır. Hətta müəyyən mənada inflyasiyanın əvvəlki templərlə sürətlənmə meyləri müşahidə olunmaqdadır. Bununla əlaqədar Mərkəzi Bank sentyabrda uçot dərəcəlıərini dəyişdirmədi. Ola bilsin ki, bu həftəki qərarda da uçot dərəcəsi dəyişdirilməsin. Hər halda dəyişdirilsə belə bu azaldılmağa doğru ola bilər. İnanmıram ki yenidən uçot dərəcəsi qaldırılsın".
“ABŞ-da uçot dərəcələrinin 0,5 faiz dəyişdirilməsi nəinki Amerikanın özündə, hətta digər ölkələrdə də özünü göstərir. Bizdə uçot dərəcəsi ilə bankların kredit faizləri arasında birbaşa əlaqə görünmür. Bu da onunla əlaqədardır ki, kommersiya banklarının kredit vəsaitlərində Mərkəzi Bankın kredit resurslarının əhəmiyyəti və rolu ciddi deyil. Nə zaman ki kommersiya banklarının təklif etdiyi kreditlərdə Mərkəzi Bankın resurslarının rolu böyük olacaq o zaman faiz dərəcələrinin dəyişməsi bankların kredit faizlərində özünü göstərəcək. Bunun nə vaxt baş verə biləcəyi də hələlik bəlli deyil. Bu istiqamətdə iş aparılır”.
Geri dön |