Ana Sayfa > Karusel / Kriminal > Lənkəranın icra başçısına sui-qəsd hazırlamaqda ittiham olunan şəxsin məhkəməsi davam etdirilib
Lənkəranın icra başçısına sui-qəsd hazırlamaqda ittiham olunan şəxsin məhkəməsi davam etdirilib29-10-2024, 16:06. Yazar: Admin |
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısına sui-qəsd hazırlamaqda ittiham olunan Bəhruz Əskərovun cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib. Qarabaginfo.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. İttiham aktında qeyd olunub ki, Bəhruz Əskərov Lənkəran Rayon İcra Hakimiyyətinin başçısının həyatına sui-qəsd etmək istəyib. Ittiham aktına münasibət bildirən Bəhruz Əskərov özünü qismən təqsirli bilib. Məhkəmə prosesdə öncə zərərçəkmişlərin dindirilməsi barədə qərar qəbul edib. Növbəti məhkəmə iclası dekabrın 3-nə təyin edilib. Xatırladaq ki, DTX tərəfindən cinayət məsuliyyətinə cəlb olunan B.Əskərova qarşı Cinayət Məcəlləsinin 28,120.2.1, 28,120.2.10, 28,120.2.11, 28,120.2.12 (qabaqcadan əlbir olan bir qrup şəxs halında milli, irqi, dini ədavət və düşmənçilik zəminində təkrar adam öldürməyə hazırlıq), 28,214.2.1, 28,214.2.3 (odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə terror aktı törətməyə hazırlıq), 28,214-3.1 (terrorçuluqla əlaqədar təlim keçməyə hazırlıq), 28,277 (dövlət xadiminin həyatına sui qəsd etməyə hazırlıq) və 28,278.1-ci (dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hazırlıq hərəkətləri) maddələri ilə ittiham irəli sürülüb. Geri dön |