Ana Sayfa > Karusel / Region > İzmirdə daha 2 zəlzələ oldu
İzmirdə daha 2 zəlzələ oldu30-10-2020, 17:29. Yazar: Admin |
Türkiyənin İzmir şəhərinin Urla və Seferihisar rayonlarında 3 dəqiqəlik ara ilə daha iki zəlzələ baş verib. Hər ikisi 4 bal gücündə olub.
Qarabaginfo.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Bildirilib ki, Urladakı yeraltı təkan 25 km, Səfərihisardakı isə 7 km dərinlikdə qeydə alınıb. Bildirilib ki, həmçinin Ege dənizində, Yunanıstanın Samos adasının yaxınlığında 2,5 km dərinlikdə 4 bal gücündə zəlzələ qeydə alınıb. Xatırladaq ki, İzmir şəhərinin Bayraklı rayonunda güclü zəlzələ nəticəsində azı bir bina çöküb. Geri dön |