Ana Sayfa > Karusel / Region > Rusiya qoşunları Ukraynanın Donetsk vilayətinin Selidova şəhərini tam nəzarətə götürüb
Rusiya qoşunları Ukraynanın Donetsk vilayətinin Selidova şəhərini tam nəzarətə götürüb29-10-2024, 14:37. Yazar: Admin |
Rusiya qoşunları Ukraynanın Donetsk vilayətinin Selidova şəhərini tam nəzarətə götürüb. Qarabaginfo.az xəbər verir ki ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, Rusiya ordusu Pokrovski istiqamətində Selidovonu tamamilə azad edib. Qeyd edək ki, Selidovo Donetskdən 44 km, Pokrovskdan 20 km məsafədə yerləşən böyük yaşayış məntəqəsidir. ️2022-ci ildə Selidovoda 21,5 min nəfər qeydiyyatda olub. Bu şəhərdə "Ukrayna" və "Kuraxovskaya" kömür mədənləri yerləşir. Selidovonun nəzarətə götürülməsinin Rusiya Silahlı Qüvvələrinin irəliləyən qrupunun cinahlarını təmin edəcəyi və Ukrayna Silahlı Qüvvələrinin Mirnoqrad və Pokrovskda - Kiyevin Donbassdakı müdafiə və logistika mərkəzlərində həyatını daha da çətinləşdirəcəyi bildirilib. Geri dön |