Ana Sayfa > Karusel / Təhsil > Bakıda müəllimlərin qapını bağlayaraq şagirdləri məktəbdə qoyub getdiyi barədə xəbərlərə aydınlıq gətirilib
Bakıda müəllimlərin qapını bağlayaraq şagirdləri məktəbdə qoyub getdiyi barədə xəbərlərə aydınlıq gətirilib29-10-2024, 13:54. Yazar: Admin |
Yeni Suraxanı qəsəbəsindəki 89 saylı məktəbdə müəllimlərin məktəbi bağlayıb, şagirdləri içəridə qoyub getdiyi ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirilib. Qarabaginfo.az xəbər verir ki, oktyabrın 28-də ikinci növbənin dərsləri saat 18:50-də başa çatıb və birinci giriş qapısı gözətçi tərəfindən saat 19:15-də bağlanıb: "Məktəbdə birgə fəaliyyət çərçivəsində saat 19:00-21:00 aralığında voleybol məşğələsi keçirildiyinə görə həmin müddət ərzində digər giriş qapısı açıq saxlanılır. Hər gün bütün şagirdlər evə yola salındıqdan sonra təlim-tərbiyə işləri üzrə direktor müavini məktəbi tərk edir". Geri dön |