Ana Sayfa > Karusel / Region > Rusiyanın Azərbaycan məhsullarını sərhəddən geri qaytarması məsələsi parlamentdə qaldırılıb

Rusiyanın Azərbaycan məhsullarını sərhəddən geri qaytarması məsələsi parlamentdə qaldırılıb


29-10-2024, 11:57. Yazar: Admin

Rusiyanın Azərbaycan məhsullarını sərhəddən geri qaytarması məsələsi parlamentdə qaldırılıb

Rusiya və Azərbaycanın fitosanitariya xidmətlərinin fikir ayrılığı yarananda bu məsələnin necə tənzimlənəcəyi sazişdə əksini tapmayıb.

Qarabaginfo.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə” qanun layihəsinin müzakirəsi zamanı parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

Deputat bildirib ki, Rusiyaya göndərilən Azərbaycan mallarına Azərbaycan fitosanitariya xidməti müsbət rəy versə də, Rusiya bu malları geri qaytarıb: “Bu hallar daha əvvəl də olub. Bu zaman sahibkara ziyan dəyir. Kənd təsərrüfatı məhsulları daha çox Azərbaycandan Rusiyaya gedir. Rusiyadan əsasən taxıl, kartof gəlir. Amma yaş məhsullar daha çox bizdən gedir. Azərbaycan malları dəfələrlə sərhəddə qalıb, gözlədilib. Sahibkara ziyan dəyib. Belə məsələlər necə tənzimlənəcək?!”


Geri dön