Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Lənkəranda kütləvi davanın təfərrüatları məlum olub
Ana Sayfa > Karusel / Video > Lənkəranda kütləvi davanın təfərrüatları məlum olub

Lənkəranda kütləvi davanın təfərrüatları məlum olub


29-10-2024, 10:14. Yazar: Admin

Lənkəranda baş verən kütləvi davada 5 nəfər xəsarət alıb.

Gənclər arasında yaranan kütləvi dava təsadüfən baş verib. İlkin məlumata görə, mübahisəyə səbəb tərəflərdən birinin axşam saatlarında kənd yolunda avtomobili yüksək sürətlə idarə etməsi olub. Qarşı tərəfin avtomobili saxlatdırıb irad bildirməsi ilə mübahisə yaranıb və zərbənin təsirindən gənclərdən biri yıxılaraq yol kənarında olan dəmir məhəccərin üstünə düşüb.O, döş qəfəsi nahiyəsindən kəsici-deşici xəsarət alıb.

Kütləvi dava nəticəsində ümumilikdə 5 nəfər xəsarət alaraq Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Qeyd edək ki, hadisə ötən gecə Lənkəran rayonunun Ürgə kəndi ərazisində qeydə alınmışdı(apa).


Geri dön