Ana Sayfa > Karusel / Dünya > Netanyahu terrorda əli olan UNRWA zabitlərini ədalət qarşısında cavab verməyə çağırıb

Netanyahu terrorda əli olan UNRWA zabitlərini ədalət qarşısında cavab verməyə çağırıb


29-10-2024, 07:56. Yazar: Admin

Netanyahu terrorda əli olan UNRWA zabitlərini ədalət qarşısında cavab verməyə çağırıb

Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) terror fəaliyyətlərində iştirak edən əməkdaşları məsuliyyətə cəlb edilməlidir.

Qarabaginfo.az xəbər verir ki, bu bəyanatla İsrailin baş naziri Binyamin Netanyahu Knessetin UNRWA-nın İsrail ərazisində fəaliyyətini qadağan edən qanunu təsdiqləməsindən sonra bildirib.

"İsrailə qarşı terror fəaliyyətində iştirak edən UNRWA əməkdaşları cavab verməlidirlər", - deyə İsrailin baş naziri “X” hesabında yazıb.

Qeyd edək ki, UNRWA 1949-cu ildə yaradılıb. Onun vəzifələrinə Qəzza zolağı, İordan çayının qərb sahilləri, İordaniya, Livan və Suriyadakı 5,9 milyon qaçqına tibbi, sosial, ərzaq yardımı və təhsil vermək daxildir.


Geri dön