Ana Sayfa > Karusel / Region > Ermənistan gələn il üçün müdafiə xərclərinə bu qədər pul ayıracaq

Ermənistan gələn il üçün müdafiə xərclərinə bu qədər pul ayıracaq


28-10-2024, 15:13. Yazar: Admin

Ermənistanın 2025-ci ilin büdcəsində əsaslı xərclərin 55,8 faizi müdafiəyə yönəldiləcək.

Qarabaginfo.az bildirir ki, bu barədə parlamentdə gələn il üçün dövlət büdcəsinin müzakirəsi zamanı maliyyə naziri Vahe Ovanesyan bildirib.

Onun sözlərinə görə, 2025-ci ilin büdcəsində nəzərdə tutulan əsaslı xərclər təqribən 733 milyard dram təşkil edəcək. Bu da 2024-cü ilin xərclərindən 5,4 faiz çoxdur.

Əsaslı xərclərin 55,8 faizi müdafiəyə yönəldiləcək: “Bu, xüsusilə kapital xərclərinə aiddir. Müdafiə sənayesi xərcləri 664,7 milyard dram (1 880 937 756,42 $) təşkil edəcək. Bu da 2024-cü illə müqayisədə 20 faiz çoxdur. Nəticədə müdafiəyə ayrılan vəsait ÜDM-in 6 faizini təşkil edəcək. Bu da 2024-cü illə müqayisədə 0,7 faiz çoxdur”.


Geri dön