Ana Sayfa > Karusel / Region > “Paşinyanın arvadı niyə 134 min dollarlıq “Lexus”da gəzir?”- Erməni jurnalistlər maliyyə nazirindən cavab istədi

“Paşinyanın arvadı niyə 134 min dollarlıq “Lexus”da gəzir?”- Erməni jurnalistlər maliyyə nazirindən cavab istədi


28-10-2024, 15:12. Yazar: Admin

Ermənistan mətbuatı baş nazir Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın 134 min dollarlıq “Lexus LX 500” markalı xidməti avtomobilini gündəmə gətirib.

Qarabaginfo.az xəbər verir ki, jurnalistlər parlamentdə Ermənistan maliyyə naziri Vaqe Ovannisyana Anna Akopyana bu qiymətdə avtomobilin nə üçün lazım olduğuna dair sual ünvanlayıblar.

Ovannisyan sualı cavablandırmaqda çətinlik çəkib və dəbdəbəli avtomobilinin alınmasını bu cür izah etməyə çalışıb: “Görünür, dövlət təhlükəsizlik xidmətinin təmsil etdiyi ixtisaslaşmış strukturlar bu xərci məqsədəuyğun hesab ediblər”.

Dərhal nazirə xatırladılıb ki, müxalifətçi deputat olarkən Nikol Paşinyan o vaxtkı hökuməti zəngin avtoparka və xidməti avtomobil sayının çoxluğuna görə tənqid edib.

O da qeyd olunub ki, eks-prezident Serj Sarkisyanın mərhum həyat yoldaşına o zaman “Toyota Camry” xidmət göstərirdi. Paşinyanın rəhbərlik etdiyi Nazirlər Kabineti isə mütəmadi olaraq yeni avtomobillər alır.

Ovannisyan buna ritorik sualla cavab verib: “İstəyirsiniz ki, biz köhnə maşınları sürək?!”.

Mətbuat yazır ki, son aylar dövlət qurumları həqiqətən də öz avtomobil parkının yenilənməsinə xeyli vəsait xərcləyiblər. Məsələn, sentyabrın əvvəlində məlum olub ki, meriya bir “Mercedes-Benz EQE-500” və 20 “BYD Song Plus”ın alınmasına 644 min dollar xərcləyib. Bundan başqa, həmin ərəfədə Daxili İşlər Nazirliyi 3,4 milyon dollara 67 “Volvo EX40” elektrik krossoveri alıb.


Geri dön