Ana Sayfa > Karusel / Mədəniyyət > Fərhad Bədəlbəyliyə yeni vəzifə verildi

Fərhad Bədəlbəyliyə yeni vəzifə verildi


28-10-2024, 13:10. Yazar: Admin

Fərhad Bədəlbəyliyə yeni vəzifə verildi

 

Azərbaycan Milli Ensiklopediyasının redaksiya heyətində dəyişiklik edilib.

Qarabaginfo.az xəbər verir ki, Milli Ensiklopediyasının redaksiya heyətinə yeni üzvlər təyin edilib. 

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli, AMEA-nın həqiqi üzvü, Azərbaycanda Atatürk Mərkəzinin direktoru Nizami Cəfərov  redaksiya heyətinin üzvləri təyin olunub. 

AMEA-nın akademik-katibi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Fizika İnstitutunun baş direktoru Arif Həşimov və AMEA-nın Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun baş direktoru Kərim Şükürov də redaksiya heyətində təmsil olunacaqlar.


Geri dön