İsrailin şimal bölgələri Livandan yeni atəşə məruz qalıb.
Qarabaginfo.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, hərbçilər Yuxarı və Qərbi Qaliley istiqamətində təxminən 15 mərmi atdığını aşkar ediblər. Bəzi bölgələrdə hava hücumu xəbərdarlığı elan edilib.