Ana Sayfa > Karusel / Region > Türkiyə ordusu Suriyada 15 terrorçunu məhv edib

Türkiyə ordusu Suriyada 15 terrorçunu məhv edib


Bu gün, 12:27. Yazar: Admin

Türkiyə ordusu Suriyada 15 terrorçunu məhv edib - VİDEO

Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında PKK/YPG-nin 15 yaraqlısını zərərsizləşdirib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti sosial şəbəkədə məlumat yayıb.

“Türkiyə Silahlı Qüvvələri “Fərat Qalxanı” və “Barış Pınarı” [əməliyyatları] bölgələrində təsbit etdiyi 15 PKK/YPG terrorçusunu zərərsizləşdirib”, – məlumatda diqqətə çatdırılıb.

Vurğulanıb ki, “ən son terrorçu zərərsizləşdirilənədək əməliyyatlar davam etdiriləcək”.


Geri dön