Ana Sayfa > Karusel / Dünya > Rusiyada helikopter qəzaya uğrayıb, 3 nəfər ölüb

Rusiyada helikopter qəzaya uğrayıb, 3 nəfər ölüb


Dünən, 21:06. Yazar: Admin

Rusiyada helikopter qəzaya uğrayıb, 3 nəfər ölüb

Rusiyanın Kirov vilayətində göyərtəsində 4 nəfərin olduğu Mi-2 helikopteri sərt eniş edib və nəticədə 3 nəfər ölüb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə TASS-a Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat verib.

“Mi-2 vertolyotu Kirov rayonuna sərt eniş edib, axtarış işləri aparılır. Hazırda xilasedicilər 3 nəfərin cəsədini tapıblar”, - deyə mətbuat xidməti bildirib.

Qəzaya uğrayan helikopter Səhiyyə Nazirliyinə məxsus olub və göyərtəsində bir pilot, bir həkim və iki tibb işçisi olub.


Geri dön