Ana Sayfa > Karusel / Region > Zurabişvili qərbyönümlü partiyaların seçkilərdə 52% səs çoxluğu əldə etdiyini açıqlayıb

Zurabişvili qərbyönümlü partiyaların seçkilərdə 52% səs çoxluğu əldə etdiyini açıqlayıb


Dünən, 20:52. Yazar: Admin

Zurabişvili qərbyönümlü partiyaların seçkilərdə 52% səs çoxluğu əldə etdiyini açıqlayıb

Gürcüstan prezidenti Salome Zurabişvili qərbyönümlü müxalifət partiyalarının parlament seçkilərində 52% səs çoxluğu əldə etdiyini bəyan edib.

Qarabaginfo.az xəbər verir ki, Zurabişvili bu barədə “X” platformasındakı paylaşımında qeyd edib.

“Avropalı Gürcüstan seçkilərin saxtalaşdırılması cəhdlərinə baxmayaraq və diasporanın səsi (belə) olmadan 52% ilə qələbə qazanıb”, - deyə paylaşımda bildirilir.


Geri dön