Ana Sayfa > Karusel / Sosial > Mirşahinin qardaşının məhkəməsi başladı

Mirşahinin qardaşının məhkəməsi başladı


19-12-2017, 11:37. Yazar: Admin

 

Mirşahinin qardaşının məhkəməsi başladı

 

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən ANS Şirkətlər Qrupunun vitse-prezidenti Mirşahin Ağayevin qardaşı Mirəddin Ağayevin məhkəməsi başlayıb.

"Qarabaginfo" “Qafqazinfo”-a istinadən verdiyi xəbərə görə, hakim Novruz Kərimovun icraatında olan prosesdə hazırlıq iclası keçirilib.

İclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Cinayət işi məhkəmə baxışına qəbul edilib. M.Ağayev elan edilən ittiham üzrə özünü təqsirli bildiyini deyib və ifadə verərək zərərçəkmişlərə dəyən ziyanı ödəyəcəyini vəd edib.

Zərərçəkmişlər də danışaraq pulun ödənilməsini tələb ediblər.

İttihama görə, M.Ağayev vətəndaş Qəzənfər Qəzənfərovdan 2 min manat alıb qaytarmadığı üçün həbs edilib. İstintaq zamanı müəyyən edilib ki, o, 4 nəfərdən 86 min manat alaraq dələduzluq edib. 


Geri dön